• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 18.03.2021 17:31

Azərbaycan və Türkiyə nazirləri Füzuli, Cəbrayıl və Zəngilana gediblər

KepezTV Player

Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli işğaldan azad olunmuş bölgələrdə səfərdədir. Pakdemirli Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə birgə Füzuli, Cəbrayıl və Zəngilana yollanıb. Onlar Cəbrayıl rayonunda azad olunmuş yeni əkin sahəsinə də baxış keçirəcəklər. Zəngilanda Azərbaycan-Türkiyə Dostluq Bağı salınacaq.