• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1716
— 18.03.2021 12:37

"Vaksinasiya aparılmasaydı, yoluxma daha yüksək olardı"

KepezTV Player

Azərbaycanda vaksinasiya prosesi aparılmasaydı, COVİD-19-a yoluxma sayı daha da yüksək ola bilərdi.TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib ki, indiyədək 500 minədək insan peyvənd olunub və bu, yüksək rəqəmdir. "Azərbaycanda əhali arasında COVİD-19-a qarşı kütləvi immunitetin yaranması üçün əhalinin ən azından üçdə ikisinin orqanizmində antitel yaranmalıdır. Biz bu baxımdan peyvəndləmə prosesini sürətləndirməliyik", - deyə Vasif Əliyev vurğulayıb. TƏBİB nümayəndəsinin sözlərinə görə, pandemiya dövründə sərt karantin qaydalarının tətbiq edildiyi müddətdən bir qədər sonra yoluxma sayında azalmalar baş verir. Yumşalmalar isə yenidən yoluxma sayında artımlara səbəb olur: "İndi də yumlaşma dövrü olduğu üçün yoluxma sayında artım olur.