• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1311
— 18.03.2021 12:26

Bölgələrdə müharibə əlili və şəhid ailələri üçün fərdi evlər tikiləcək

KepezTV Player

Bu ilin sonuna kimi 3 min müharibə əlili və şəhid ailələri mənzil, həmçinin fərdi evlərlə təmin olunacaq. Yaşayış kompleksinin 450-si fərdi ev, yerdə qalanı çoxmənzilli yaşayış binasıdır. 2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib. Yaxın günlərdə bölgələrdə də fərdi evlərin tikintisinə başlanılacaq. Mənzillər növbəlilik prinsipi əsasında yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış şəxslərə verilir.

Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri : keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri nazirliyin balansına verilib. artıq onlardan ramana qəsəbəsində yerləşən mənzillər şəhid ailələri və qazilərin istifadəsinə verilib. yaxın vaxtlar da sumqayıtda və digər yaşayış kompleksləri də təhvil veriləcək.