• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1033
— 17.03.2021 19:50

Hərbi xidməti başa vurmasına az qalmış şəhidlik zirvəsinə ucaldı

KepezTV Player

İnsanın dünyaya ən gözəl şəkildə əlvida deməsidir şəhid olmaq. Gəl ki, o ali zirvə hər kəsə nəsib olmur. Şəhidlər sadəcə cismən bu dünyanı tərk edirlər. Eşqin Axundovun da xatirələri əbədiyyən qəlbimizdə yaşayacaq.

O, 2019-cu ildə peşə təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanır. Vətən müharibəsi başlayanda Xocavənd istiqamətində gedən döyüşlərə qatılır. Hərbi xidmətini başa vurmasına 2 ay qalmış – ötən ilin noyabrında isə şəhidlik zirvəsinə ucalır.

Torpağı müqəddəs bilib, Vətənin adını andı sayan Eşqin Axundov hər zaman öz vətənpərvərliyi ilə seçilib. Sonuncu dəfə 30 oktyabrda ailəsi ilə danışarkən də atasına Vətən uğrunda canından keçməyi şərəf bildiyini deyib.

İndi igid oğul atasının tək arzusu Eşqinin qanının qarışdığı, hər qarışı şəhid qoxan Qarabağ torpaqlarını ziyarət etməkdir.

Uşaqlıqdan nənəsinin nəvazişi ilə böyüyən Eşqin sakit təbiəti, tərbiyəsi ilə hamıya örnək idi.

Vətənin cəsur oğlu Eşqin Axundov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olumasına görə” medalları ilə təltif edilib.