• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 17.03.2021 19:00

"UNESCO ilə əməkdaşlığa önəm veririk"

KepezTV Player

"Azərbaycan işğaldan azad olunmuş ərazilərində mədəni və dini abidələrə vurulan zərərin qiymətləndirilməsi üçün UNESCO missiyasını qəbul etməyə hazırdır". Bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə video-konfrans formatında keçirdiyi görüşdə bildirib. Görüşdə həmçinin Azərbaycanın qurumla əməkdaşlığa böyük önəm verdiyi, konstruktiv dialoqa həmişə açıq olduğu qeyd edilib.