• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1462
— 17.03.2021 19:02

Müdafiə naziri HHQ-nin Birləşmiş komanda məntəqəsində olub

KepezTV Player

Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri çərçivəsində Hərbi Hava Qüvvələrinin Zenit-raket qoşunları və hərbi aviasiyanın qarşılıqlı fəaliyyətinin təşkilini yoxlamaq məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin Birləşmiş komanda məntəqəsində olublar. Müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə fasiləsiz döyüş növbətçiliyinin aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir. Birləşmiş Komanda Məntəqəsindəki şəraitlə maraqlanan Müdafiə naziri xidmətin və döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.