• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 17.03.2021 16:18

Şəhidlərə həsr edilən sayt istifadəyə verildi

KepezTV Player

Bu gün Gəncədə ölkədə demək olar ki, ilk dəfə şəhidlərə aid yeni sayt istifadəyə verilib. Saytın təqdimat mərasimi şəhər icra hakimiyyətində baş tutub. İctimaiyyət nümayəndələrinin iştirakı ilə reallaşan təqdimatda sayt haqda məlumat verilib. Saytda şəhidlərin həyatı və hərb yolu barədə detallı informasiyalar yer alıb. İnternet-resursda əsas 3 bölmə – 1-ci və 2-ci Qarabağ müharibəsi, eləcə də mülki və digər şəhidlərin məlumatları mövcuddur. Bununla yanaşı saytda xatirə bölməsi də fəaliyyət göstərəcək. Veb ünvanı Gəncə şəhidləri.az olan saytda Nizami yurdunda indiyədək şəhid olan 600-dən çox şəxs haqqında məlumat yerləşdirilib.