• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 17.03.2021 16:15

Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olub, modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb. Şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.