• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 16.03.2021 20:29

Çanaqqala zəfəri - 106, İstiqlal marşı - 100

KepezTV Player

Çanaqqala zəfirinin 106-cı, İstiqlal marşının isə 100-cü ildönümü münasibətilə Türkiyənin Gəncədəki baş konsulluğunda tədbir keçirilib. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şanlı Çanaqqala qalibiyyətindən söz açılıb, 44 günlük Vətən müharibə ilə 106 il əvvəlki qələbə arasında paralellər aparılıb. Həmçinin Çanaqqalada da Türkiyə - Azərbaycan qardaşlığının vəhdətinə diqqət çəkilib. Daha sonra Çanaqqala savaşı və İstiqlal Marşının müəllifi Məhmət Akif haqqında qısametrajlı film izlənilib. Sonda tədbir iştirakçıları şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Heydər Əliyev parkında ağac əkiblər.