• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 16.03.2021 17:18

Şəhid ailələrinə mənzillər verilib

KepezTV Player

Novruz bayarmı ərəfəsində Şəmkirdə 2 şəhid ailəsi Heydər Əliyev Fondu tərəfindən mənzillərlə təmin edilib. Hər iki mənzil 4 mərtəbəli yaşayış binasında yerləşməklə 3 və 4 otaqlıdır. Mənzillərin açarları şəhid Emin Akif oğlu Alməmmədovun arvadı və 2 övladına və şəhid Mətləb Nizami oğlu Zamanovun arvadı və 3 övladına təqdim edilib. Tam təmirli və məişət təminatlı mənzillərin verilməsi dövlətin bu kateqoriyadan olan şəxslərin məişət şəraitinin yaxşılaşdırılmasına istiqamətlənən fəaliyyət olaraq qiymətləndirilib. Vətən müharibəsində şəhid olanların qəhrəmanlıqlarından söz açılıb, Zəfər tariximizi yazanların ailələrinə bundan sonra da lazimi diqqət və qağının göstəriləcəyi vurğulanıb.