• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 16.03.2021 17:16

Ağdamın 8 kəndində elektrik təsərrüfatı yenilənir

KepezTV Player

“Azərişıq Qarabağda” layihəsi çərçivəsində Ağdam rayonun Əfətli kənd ərazi nümayəndəliyinə daxil olan 8 kənddə yenidənqurma işlərinə start verilib. Müharibənin gedişində bu kəndlər erməni atəşinə məruz qalan zaman elektrik enerji təsərrüfatına ciddi ziyan dəymişdi.İlkin mərhələdə 3 kənddə elektrik xətləri, dayaqlar, transformator məntəqələri və sayğaclar tamamilə yenilənir. Əraziyə kifayət qədər mal material göndərilib.