• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 16.03.2021 12:29

Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur

KepezTV Player

Əməliyyat-taktiki təlimlərin planına uyğun olaraq qoşunlar cəmləşmə rayonlarını tutur və qruplaşmalar yaradılır. Müdafiə Nazirliyinin məlumatına görə, qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyəti təşkil olunur.

 

Təlimlərin gedişi barədə məruzələr dinlənilib

Əməliyyat-taktiki təlimlərində qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslər tərəfindən təlimlərin gedişi barədə məruzələr edilib.Məruzələr dinlədildikdən sonra qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verilib.