• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1571
— 16.03.2021 10:19

Novruzun sonuncu çərşənbəsi qeyd olunur

KepezTV Player

Bu gün Azərbaycanda İlaxır çərşənbə qeyd olunur. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra sonuncu - Torpaq çərşənbəsində torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir. Sonuncu çərşənbəyə həm də Yer çərşənbəsi deyilir. İlaxır çərşənbə hər il ölkəmizdə təntənəli qeyd olunur. Bu il yaz fəsli Azərbaycana 20 mart saat 13:37-də daxil olacaq. Martın 20-si bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək. Torpaq çərşənbəniz mübarək!