• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 16.03.2021 10:28

BCI beynəlxalq media portalında Ağdamdan videomaterial yerləşdirilib

KepezTV Player

“BCI” beynəlxalq media portalının əməkdaşı Ağdam rayonu ilə bağlı yunan dilində videomaterial hazırlayıb. Videomaterialda Ağdamı “Qafqazın Xirosiması” adlandıran müəllif bildirir ki, rayon təxminən 30 ildən sonra erməni təcavüzündən azad edilib.Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl Qarabağın incisi sayılan Ağdam bölgənin ticarət mərkəzi olub, burada üzümçülük və şərabçılıq geniş inkişaf edib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, rayon isə darmadağın edilib. Müəllif hazırkı Ağdamı infrastrukturu, mədəni irsi olmayan “kabus şəhər” adlandırır. Diqqətə çatdırılır ki, buradakı bütün muzeylər, tarixi abidələr, sosial müəssisələr və evlər məhv edilib, avtomobil və dəmir yolları dağıdılıb.Ağdam şəhərində yalnız məscid qalıb.