• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 15.03.2021 19:50

Odessa və Kiyevə aviareyslər açıla bilər

KepezTV Player

Ukraynanın ticarət, təhsil və sənaye sahələrində Azərbaycanla, eləcə də ölkənin regionları ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə Gəncədə Ukraynanın Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk Şəhər İcra hakimiyyətinin başçısının iqtisadi məslələr üzrə müavini Adil Tağıyevlə görüşündə deyib. Ələlxüsus da ölkəsində istehsal edilən elektrik enerjisi sayğaclarının qərb bölgəsində istismar, biznes və iş adamlarının Azərbaycanın ikinci böyük şəhərində müvafiq sahələr üzrə fəaliyyəti qarşı tərəfdən qaldırılan məsələlər olub. Tərəflər həmçinin pandemiyadan sonra Gəncədən Odessa və Kiyev şəhərlərinə aviareyslərin açılmasını da müzakirə ediblər.