• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1778
— 15.03.2021 19:05

Qarabağa qayıdışı ilə bağlı tədqiqatın yeni mərhələsi başlayıb

KepezTV Player

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədi ilə yaradılmış Tədqiqat qrupu araşdırmanın ikinci mərhələsinə başlayıb.Müsahibə-sorğu qarışıq üsulla – statistik məlumatların təhlili və təsadüfi seçim əsasında müəyyənləşdirilən və əksəriyyəti ailə başçılarından ibarət olan 1100 məcburi köçkün arasında keçirilir. Sorğuda iştirak edən məcburi köçkünlər haqqında şəxsi məlumatlar qapalı saxlanılır və yalnız repatriasiyanın səmərəli təşkili üzrə dövlət orqanları üçün nəzərdə tutulan analitik sənədlərin hazırlanması üçün istifadə ediləcəkdir. Bununla yanaşı, ümumi tədqiqat çərçivəsində məcburi köçkünlər arasında fevral ayının 22-dən etibarən internet üzərindən keçirilən onlayn-sorğu da uğurla davam etməkdədir. Onlayn-sorğuda iştirak etmək üçün https://sorgu.ada.edu.az saytına daxil olmaq lazımdır.