• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1710
— 15.03.2021 15:48

Direktor olmaq istəyənlər üçün test imtahanı keçiriləcək

KepezTV Player

Martın 19-da Bakı da daxil olmaqla, 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. 6 martda keçirilmiş sonuncu seansda imtahana qeydiyyatdan keçərək iştirak edə bilməyən, həmçinin 7 mart tarixi üzrə seanslara çağırılmış şəxslər prosesdə iştirak edə bilərlər. İmtahan qrafiki barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İştirakçılara 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunur. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.