• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1435
— 15.03.2021 16:10

Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb

KepezTV Player

Üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirlər qarşı tərəfə təhvil verilib. Hətta Azərbaycan tərəfindən Ermənistana təhvil verilən əsirlərin sayı Ermənistanın Azərbaycana verdiyi hərbi əsirlərin sayından qat-qat çoxdur. Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında deyib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra, 26 noyabrda Ermənistandan Azərbaycan ərazisinə qanunsuz olaraq göndərilən hərbçilər cinayət törədib, həm mülki vətəndaşları, həm də hərbçilərimizi qətlə yetiriblər. Həmin insanlarla bağlı Azərbaycan qanunvericiliyinə uyğun istintaq tədbirləri aparılır. Onlar hərbi əsir hesab olunmurlar.