• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1777
— 14.03.2021 19:50

Sərhədçi olmaq istiyənlər imtahan verdi

KepezTV Player

Gəncədə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V, VI, VII, VIII və IX sinfinə qəbul imtahanları keçirilib. Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən proses şəhərin 4 və 44 nömrəli tam orta məktəblərində baş tutub. İmtahanlarda Gəncə ilə yanaşı, 23 rayondan sərhədçi olmaq istəyən 459 şagird iştirak edib. Namizədlər 1 saat 30 dəqiqə ərzində Azərbaycan dili və riyaziyyat fənnindən ümumlikdə 60 sualı cavablandırıblar. Prosesi izləmək üçün 46 zal nəzarətçisi və 6 imtahan rəhbəri ayrılıb. Koronavirusla mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub. Cavablar yaxın günlərdə açıqlanacaq.

Nəsimi Məmmədov - DİM-in Gəncə regional bölməsinin müdiri: Bu il 9-cu sinfədək hər siniflər üzrə qeydiyyat aparılıb və nəticə göstərənlərin sihayısı DİM tərəfindən DSX Xüsusi Sərhəd məktəbinə təqdim ediləcəkdir. Həmin məktəbdə bal toplayan şagirdlər həkim komissiyası və digər komissiyadan keçəcək və yüksək nəticə toplaytacaq şagirdlər həmin məktəblərə qəbul olunacaqdır. Qəbul olunduqdan sonra Xüsusi Sərhəd məkətəbində təhsillərini siniflər üzrə davam etdirəcəklər.

Aslan Pirvəliyev - iştirakçı: Qazax rayonun Kuşçuayrım kəndindən gəlmişəm. 60 sualın hamısını yazdım, sərhədçi olmaq istiyirəm.

Məhəmməd Axmedov - iştirakçı: Məqsədim odur ki, vətəni qoruyum. Sərhəd qoşununda olam. Leytinat və ondanda ucalara yüksəkləm.

Ömər Ələsgərli – iştirakçı: Bərdə rayonun Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbində oxuyuram. Sərhədçi olmaq istiyirəm. İmtahan çox gözəl idi, asan suallar var idi.