• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 837
— 12.03.2021 19:17

Ombudsman bəyanat verib

KepezTV Player

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva işğaldan azad edilmiş ərazilərdə işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat verib. Bildirilib ki, müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş verib. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olub, 11 şəxs isə ağır yaralanıb: “Minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir. - deyə bəyanatda qeyd olunub.