• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 12.03.2021 15:42

"Bəzən vətəndaşlar əlillik təyin olunmadan sosial ödəniş üçün müraciət edirlər"

KepezTV Player

Bəzən vətəndaşlar səhhətində problem yarandıqda, əlillik təyin olunmadan ona sosial ödənişin verilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edirlər. Fondun İdarə Heyətinin sədri Himalay Məmişov deyib ki, əlillik təyin olunmadığı üçün bu halda vətəndaşa imtina cavabı verilir, vətəndaş isə həmin imtina cavabının əsassız şəkildə verildiyini iddia edir. Onun sözlərinə görə, səhhəti ilə bağlı hər hansı probleminin olması həmin şəxsə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənişin edilməsi zərurətini yaratmır. Bu zərurət o zaman yaranır ki, şəxsin əlilliyi müəyyən olunsun. Səhhəti ilə bağlı hər hansı problemi olduğu təqdirdə şəxs səhiyyə müəssisəsinə müraciət etməlidir. Şəxsin əlilliyi müəyyən olunan kimi sistem onu görür və həmin şəxsin müraciəti olmadan avtomatik qaydada ona pensiya və ya təqaüd təyin edilir. Himalay Məmişov onu da deyib ki, sağlamlıq imkanları məhdud olan uşaqlara baxılması məqsədilə verilən ödənişlərin artırılması üçün təkliflər hazırlanıb.