• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1605
— 12.03.2021 15:52

DYP sürücüləri Bakı-Şamaxı yolundan istifadə etməməyə çağırıb

KepezTV Player

"Mövcud hava şəraiti ilə bağlı Bakı-Şamaxı yolunda hərəkət tamamilə dayanıb". Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, çovğun və buzlaşma nəticəsində həmin ərazidə avtomobillərin hərəkətində problem yaranıb. Hazırda həmin istiqamətdə hərəkətin bərpası üçün aidiyyəti qurumlar tərəfindən işlər aparılır.