• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 12.03.2021 15:33

Qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şərəfli döyüş yolu keçərək hər iki ayağını itirən Abdulla Abdullayevi yüksək texnologiyalı protezlərlə təmin edib. Mingəçevir şəhər sakini olan Abdullayev bu məqsədlə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ilkin müayinə və müvafiq işlər aparılıb. Müəyyən hazırlıq mərhələsindən sonra isə “Cəsur döyüşçü” medallı qazimiz hər iki ayağı üçün yüksək texnologiyalı protezlərlə təmin olunub. Artıq 15 hərbçi müasir protezlərlə təmin olunub və bu sahədə işlər davam edir.