• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 845
— 12.03.2021 16:03

"Dinc əhalini qətlə yetirən Ermənistanla bağlı tədbirlər görməlidir"

KepezTV Player

Beynəlxalq ictimaiyyət dinc əhalini qətlə yetirən Ermənistanla bağlı tədbirlər görməlidir. Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı bildirib. Vətən müharibəsində şəhid olan hərbi qulluqçular və mülki şəxslərin ailələrinə başsağlığı verən Toivo Klaar Azərbaycan Ordusunun bu müharibədə əhəmiyyətli təcrübə qazandığını qeyd edib.***

Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşdə isə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.***
Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfinin beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq, öz hərbçilərini Azərbaycanın beynəlxalq tanınmış ərazilərində yerləşdirmək cəhdləri ilə bağlı BMT Baş katibinə 1 mart 2021-ci il tarixində ünvanladığı məktubu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Məktubunda nazir Ceyhun Bayramov Ermənistan tərəfinin bölgədə qeyri-sabitliyə xidmət edən addımlarına Baş katibin diqqətini cəlb edərək, bu xüsusda Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin gizli şəkildə “Laçın dəhlizi” vasitəsilə və buradakı Rusiya sülhməramlılarının nəzarət proseduralarından yayınmaq məqsədilə mülki geyimdə və mülki nəqliyyat vasitələrində Azərbaycan ərazilərinə göndərilməsi barədə məlumatı çatdırır. Bu faktın Ermənistanda hərbçilərin ailələrinin etirazına səbəb olduğu və müstəqil media tərəfindən qeydə alındığı bildirilir.