• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 12.03.2021 11:56

“ASAN Login”də yeni videoqeydiyyat imkanı yaradılıb

KepezTV Player

“ASAN Login” Vahid Giriş Sistemində səs və üztanıma kimi innovativ həllərə əsaslanan videoqeydiyyat imkanı yaradılıb. Videoqeydiyyat “ASAN Login” sisteminin vətəndaşlar üçün əlçatanlığını və elektron xidmətlərdən istifadəni daha da genişləndirmək məqsədilə yaradılıb. Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov məlumat verib. Qeyd edib ki, videoqeydiyyat imkanının yaradılması ölkəmizdə yenilikdir. Artıq arayışlar demək olar ki, olmayacaq və dataya çevriləcək. Çünki dövlət qurumunun informasiya sistemi digər dövlət qurumunun informasiya sistemi ilə mübadilə aparır.  Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə 52 sistemə girişi təmin edən “ASAN Login” bir çox istifadəçi adı və parolu yadda saxlamaq ehtiyacını aradan qaldırır, məlumat sızması təhlükəsini minimuma endirir. Bir dəfə “ASAN Login”də qeydiyyatdan keçən vətəndaş bura inteqrasiya edilmiş bütün qurum və sistemlərə giriş edə və göstərilən xidmətlərə rahat şəkildə müraciət edə bilər. "ASAN xidmət"də hazırda 308 xidmət göstərilir. Bu xidmətlərdən 11-i dövlət qurumlarına aiddir.