• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 12.03.2021 11:59

Yollardakı vəziyyət açıqlanıb

KepezTV Player

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə bağlı əsas avtomobil yollarının vəziyyəti açıqlanıb. Bakıdan Qobustana qədər olan yolda səhər saatlarında güclü küləklə müşayiət olunan qar yağıb. Qobustan rayonu ərazisində 10-12 sm qar var, şaxta 4-5 dərəcə təşkil edir. Yolun 90-109 km hissəsində buzlaşma əmələ gəlib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Hacıqabul – Ucar – Yevlax avtomobil yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır. Yevlax – Gəncə - Qazax -Gürcüstanla sərhəd yolunun Gəncə-Qazax hissəsində qar yağır. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda səhər saatlarında Daşkəsən rayonu ərazisinə möhkəm qar yağıb, yol qardan təmizlənərək qum-duz səpilir. 7-8 dərəcə şaxta var. Şəmkir - Gədəbəy yolunda marşrut boyu əraziyə qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyatın hərəkətinin təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.