• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1500
— 12.03.2021 12:23

Xidmət sahələri gücləndirilmiş iş rejiminə keçdi

KepezTV Player

Son günlər havaların soyuması qarla müşahidə olunmaqdadır. Qərb bölgəsində dağlıq zonalardan sonra yağıntı düzənlik və dağətəyi ərazilərə də düşüb.

Dünən axşam saatlarından etibarən Gəncəyə qar yağmağa başlayıb. Milli Hidrometeorologiya Xidməti bir necə gün öncədən hava şəraitinin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağını bildirmişdi. Bu xəbərdarlıq müvafiq qurumların, xüsusən də xidmət sahələrini gücləndirilmiş iş rejiminə keçməsi üçün kifayət edib. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən mövcud vəziyyətə uyğun olaraq texnikalar və canlı qüvvə hazır vəziyyətə gətirilib.

Şəhərin kommunal təsərrüfatında da heç bir problem yaranmayıb. İşıq və qaz təchizatı normal qaydada həyata keçirilir.

Gəncə ətrafı rayonlardan Göygölə ötən gecədən yağmağa başlayan qarın hündürlüyü rayon mərkəzində 10 sm, dağlıq ərazilərdə 20 sm-ə çatıb. Qar səbəbindən rayonun Aşıqlı və Köşkü kəndlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bu istiqamətdə görülən tədbirlər nəticəsində fəsadların aradan qaldırılıb. Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü 30-40 santimetri ötüb. Güclü qar gün ərzində yağmaqda davam edib. Qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmayıb. Əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Qərb regionunda yolların buz bağlamasına və hərəkətin çətinləşməsinə baxmayaraq xəsarətlə nəticələnən yol nəqliyyatı hadisəsi baş verməyib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, qarlı hava şəraiti sabah da müşahidə olunacaq.