• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 11.03.2021 20:27

Vətəndaşlar kommunal xərcləri ödəmə terminalında ödəyəcəklər

KepezTV Player

Mənzil istismar  xərcləri, məişət tullantıları üzrə ödənişlər, lift xidməti haqqı, qaraj pulu, eləcədə digər kommunal xidmətlərə görə ödənişləri artıq asanlıqla ödəmək mümkün olacaq. Belə ki, Azərbaycanda ilk dəfə olaraq Gəncədə bu ödənişləri ödəmə terminalı vastəsi ilə də həyata keçirmək olacaq.

Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltmək və xidmət haqlarının ödənilməsində daha asan üsullardan istifadə etmək məqsədi ilə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ödənişlər terminal vasitəsilə həyata keçirilir. Vətəndaşlara ərazi üzrə Mənzil İstismar Sahəsi tərəfindən 13 rəqəmli kod verilir. Ödəmə terminalında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi seçilərək həmin kod daxil edilir. Ekranda vətəndaşın kommunal xidmətlərə görə borcları görünür. Bundan sonra təyin olunan borc ödənilir və çek alınır.

Mirzə Quliyev  sakin: Gəncə şəhərində evlərin kirayə haqqı və məişət tullantılarının haqları evimizin ətrafında yerləşdirilən aparatlar vastəsi ilə 13 rəqəmli kodla asanlaşmış şəkildə özümüz ödüyə bilirk. Bizim vacib olan işlərimizdən ayırmır. Asudə vaxtımızda aparat vastəsi ilə sərbəst ödəyirik.

Bu layihə üzərində iki ilə yaxın müddətdə iş aparılıb. Hər bir abonent barədə məlumatlar sistemə daxil edilib.

İlqar Əsədov Gəncə Şəhər MKTİB-in rəis müavini: İki ilə yaxındır ki, biz bunu banklar vastəsi ilə həyata keçiririk. Banklar iş vaxtı işləyir və digər vaxtlar işləmir. Buna görə də xidmətlərin ödənilməsində çox böyük çətinliklər var idi. Biz onlayn vastəsi ilə terminalda ödənişi seçdik ki, vətəndaş istənilən vaxtda özünün yaşadığı ərazidə ödəyə bilərlər.

Yenilik rahatlıq, vaxta qənaət baxımından əlverişli hesab olunur.

Elnur Vahidoğlu