• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 10.03.2021 11:57

Buraxılış imtahanının tapşırıqları sadələşdirilib

KepezTV Player

DİM və Təhsil Nazirliyinin mütəxəssisləri hazırkı vəziyyəti bir daha təhlil edərək ümumi təhsil pilləsi üzrə buraxılış imtahanının tapşırıqlarının formasını daha da sadələşdiriblər. Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib. Ümumi təhsil pilləsində buraxılış imtahanının bir mərhələdə keçiriləcəyini xatırladan Xanlarzadənin sözlərinə görə, imtahanda tədris dili və xarici dil fənlərinin hər birindən 30, riyaziyyatdan 25 olmaqla, ümumilikdə 85 tapşırıq veriləcək. Proqramda əsas hissə kimi 5-ci sinifdən başlayaraq, 9-cu sinfin birinci yarımilində keçirilmiş materiallar götürülür. Tədris prosesində ikinci yarımil üzrə keçirilməsi planlaşdırılan mövzular isə 5-8-ci siniflər üzrə tərtib olunacaq".

Həmçinin 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramından müəyyən mövzular çıxarılıb. Çətin hesab edilən və mənimsəmə səviyyəsi aşağı ola bilən mövzular qəbul imtahanı proqramına daxil edilməyib.