• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2001
— 10.03.2021 11:48

Gürcü jurnalist işğaldan azad edilən torpaqlarımızdan reportaj hazırlayıb

KepezTV Player

Otuz ilə yaxın bir dövrdə erməni hərbçilərinin işğalı altında qalan ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Bu barədə gürcü telejurnalist, “Mtavari arxi” telekanalının müxbiri Nani Sisvadze Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən hazırlanan reportajda məlumat verilib. Ağdam şəhərinin yerlə-yeksan edildiyi, burada heç bir həyat nişanəsinin hiss olunmadığı vurğulanıb. Ərazidə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnikaların, o cümlədən zenit raket müdafiə kompleksinin qalıqları da təqdim edilib. Füzuli şəhərində erməni işğalçıların törətdikləri vəhşilikdən söz açılıb. Xudafərin körpüsündən hazırlanan reportajda bu tarixi ərazilərdən keçən dəmir yolunun bərpasının planlaşdırıldığı deyilib. Qubadlı rayonunda gördükləri barədə bəhs edən jurnalist Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdiklərini bildirib. İndi burada azərbaycanlı hərbçilər yerləşdirilib. Bütün evlər, yaşayış məntəqələri dağıdılıb.