• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 10.03.2021 09:33

Gəncədə beynəlxalq konfrans keçiriləcək

KepezTV Player

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, yaxın vaxtlarda Nizami Gəncəvinin doğulduğu Gəncə şəhərində Beynəlxalq Türk Akademiyası tərəfindən daha bir beynəlxalq konfransın təşkili istiqamətində hazırlıq gedir. Akademiyanın prezidenti Darxan Kıdırəlinin sözlərinə görə, konfransda Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi, şair Nizami Gəncəvinin əsərlərini dünya dillərinə çevirən tərcüməçilərin, nizamişünas alimlərin və ədəbiyyatşünasların iştirakı gözlənilir. Şairin “Leyli və Məcnun” əsərini Qazaxıstanda səhnələşdirən bu ölkənin Milli Akademik Teatrının yaradıcı qrupunun Gəncə və Bakıya səfəri də nəzərdə tutulur.