• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 10.03.2021 09:29

Gəncədə daha bir məktəb COVID-19-a görə bağlanıb

KepezTV Player

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib. Gəncə şəhər Təhsil İdarəsinin məlumatına görə, təhsil ocağında 3 müəllim və şagirddə COVİD-19 virusu aşkar edilib. Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib.