• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2007
— 09.03.2021 20:37

Silahlı qüvvələr günü dünyaya gələn şəhidimiz

KepezTV Player

Hərbiçi olan İlqar Muxtarov birinci Qarabağ müharibəsində 4 il cəbhədə döyüşüb igidlik göstərib. Övladları da ondan ilham alaraq yolunu davam etdiriblər. Veteranın Kiçik oğlu Sərxan isə Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Əməkdaşlarımız Muxtarovlar ailəsinin qonağı olublar.

Muxtarov Sərxan uşaqlıq istəyini həvəslə reallaşdıran peşəkar hərbiçi idi. O tabeliyində olan bütün əsgərlərin qayğısına qalar, əlindən gələni edərdi. Aprel döyüşləri, Tovuz hadisələrinin iştirakçısı olan Sərxan, 10 noyabr qələbəsinin də səbəbkarlarından olub, qələbə xəbərini özü atasına məruzə edib. Qalib xalqın nümayəndəsi olan igidimiz, Qubadlıda olanda əsgərlərinə su gətirmək üçün gölə yollanır. Elə həmin vatxda düşmənin basdırdığı minanın partlaması onun ən uca məqama yetməsinə səbəb olur.

Muxtarov Sərxan hərbiçi olmağa uşaqlıqdan meyilli idi. Qardaşı ilə birlikdə ən gözəl peşəni seçdiklərinə inanırdılar.

Şəhidimizin ibtidai sinif müəllimi elə öz anası olub. Çimnaz xanım deyir ki, “Necə gözəl övlad idisə, elə də şagird idi”.

Şəhidimiz özündən sonra geriyə dünyalar gözəli bir qız övladı qalıb. Nənəsinin adını daşıyan bu şirin bala da eynən atası kimi yurduna bağlıdır. Çünki Sərxan hər dəfə övladı ilə zaman keçirəndə, ona hər şey vətən üçündür şüarını əzbərlədər və vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni edirdi.

Şəhidlərimiz öz ölümləri ilə ölümsüzlüyə ucalırlar.

Nərgiz Əhmədqızı