• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1869
— 09.03.2021 20:30

"Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir"

KepezTV Player

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstəyin bütün Azərbaycan xalqını çox məmnun etdiyini vurğulayan dövlət başçısı iki qardaş ölkənin daim bir-birinin yanında olduğunu deyib.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdi.Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq.

Akif Çağatay Kılıç TBMM-in Xarici əlaqələr komissiyasının sədri: Təbii ki, biz Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının üzvləri olaraq, Sizin böyük Zəfərinizdən həm çox məmnunluq duyuruq, həm də bu mənada birlik və bərabərliyimizi bir daha göstərmək üçün Sizi ziyarət etmək istədik. Bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk.Cənab Prezident, Türkiyə Böyük Millət Məclisində Sizin bu uğurunuzu, bu liderliyinizi və Siz də dediyiniz kimi, bölgənin tarixində dönüş nöqtəsi olan bu mübarizənizi dəstəkləyən dörd siyasi partiyanın, - bilirsiniz, Türkiyə Böyük Millət Məclisi bu barədə bəyanat qəbul etdi, - təmsilçiləri olaraq buradayıq.