• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 09.03.2021 17:20

Yolda yaranan çətinliklər arada qaldırılıb

KepezTV Player

Son iki gün ərzində Respublikanın bir çox yerlərinə yağan qar nəticəsində rayonlarda, xüsusən dağlıq ərazilərdə nəqliyyatın hərəkətində problemlər yaranıb. Gədəbəy rayonu istiqamətində hərəkətdə olan qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.

Hava şəraitinin kəskin dəyişməsi qar və şaxta ilə müşahidə olunğundan  dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müəyyən tədbirlər həyata keçiriblər. Hadisə yerində olan Yol Patrul Xidməti əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən bir hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün müəyyən işlər görülüb. Nəticədə yolda qalmış yük maşını hərəkətini bərpa edərək nəzərdə tutulan marşrut üzrə yola düşüb.

Qarlı hava şəraiti səbəbindən şaxtaların düşməsi ilə yolların buz bağlamasına və hərəkətin çətinləşməsinə baxmayaraq Gədəbəy ərazisində xəsarətlə nəticələnən yol nəqliyyatı hadisəsi olmayıb.

Rayonda yolların təmizlənməsi üçün canlı qüvvə və texnikalar işə cəlb olunub. Komunal xidmətlərin göstərilməsində problem yaşanmayıb.