• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 09.03.2021 17:17

Dəm qazından ölüm faktı üzrə cinayət işi açılıb

KepezTV Player

Gəncədə ana və övladlarının dəm qazından ölməsi faktı üzrə cinayət işi açılıb. Şəhər prokurorluğundan verilən məlumata görə, Yeni Gəncə qəsəbəsi ərazisində 3 nəfərin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə məlumat daxil olub. İlkin araşdırmalarla müəyyən olunub ki, 34 yaşlı Məmmədova Leyla Yunis qızı 2 uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.