• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 09.03.2021 17:09

"Şəkərli diabet xəstələri mütləq COVID-19 peyvəndi vurdurmalıdır"

KepezTV Player

"Vaxtında normal kompensasiya olunmuş diabet xəstələrində COVID-19 xəstəliyidə normal keçirilir, lakin kompensasiya olunmayan, nəzarətsiz şəkərli diabet xəstələri daha ağır və fəsadlarla nəticələnir".

Səhiyyə Nazirliyinin baş endokrinoloqu Babək Salek Qənnadinin sözlərinə görə, qanda şəkərin kəskin yüksəlməsi diabetik ketoasidoz, diabetik nefropatiya kimi fəsadlara gətirib çıxarır. "Bu səbəbdən COVID-19-un ölüm statistikasında kardiovaskulyar xəstələrdən sonra ikinci yerdə şəkərli diabet xəstələridir. Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.