• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 09.03.2021 17:06

​İrəvanda Prezident iqamətgahı qarşısında aksiya keçirilir

KepezTV Player

İrəvanda bir qrup sakin Ermənistan prezidenti Armen Sarkisyanın iqamətgahı qarşısnda aksiya keçirilir.Etirazçılar prezidentdən baş nazir Nikol Paşinyanın addımları ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etməsini tələb edirlər. Ötən ayın sonunda Paşinyan Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etdiyini elan etmiş, bununla bağlı təqdimatı prezidentə göndərmişdi. Sarkisyan isə iki dəfə təqdim olunan istefa müraciətini imzalamayıb.Qanuna uyğun olaraq, bu gün istefa qərarı ilə bağlı Konstitusiya məhkəməsinə müraciət üçün son gün hesab olunur. Müraciət olunmayacağı təqdirdə Qasparyan vəzifədən uzaqlaşdırılacaq.