• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 09.03.2021 11:12

Vaksindən sonra təhlükəli xəstəliklərin yaranması fikirləri yalandır

KepezTV Player

Azərbaycanda əvvəllər “COVİD-19 virusu yoxdur” deyən insanlar olduğu kimi, vaksin olunan şəxslərdə təhlükəli xəstəliklərin yaranması barədə fikirlər səsləndirənlər də oldu. Amma zaman bu fikirlərin əsassız olduğunu, ölkəmizdə tətbiq olunan vaksinlərin çox keyfiyyətli və profilaktik tədbir görə bilmək xüsusiyyətinə malik olduğunu gördülər. Buna görə də indi artıq hər bir insan könüllü şəkildə vaksin vurdurmaq istəyir.

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev belə deyib. Qeyd edib ki, ölkəmizdə istifadə edilən peyvənd inaktivləşdirilmiş, yəni ölmüş viruslardan hazırlanıb. Vaksinin birinci dozası vurulan zaman orqanizm əslində, öldürülmüş virusla tanış olur. İkinci dozada isə orqanizm artıq öldürülmüş virusla tanış olduğu üçün immun hüceyrələr aktiv hərəkətə keçməyə başlayır. Beləliklə, immun sistemi orqanizmə daxil ola biləcək virusdan qorunmaq üçün bütün fəaliyyətini yüksək səviyyədə yerinə yetirmiş olur.