• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 09.03.2021 11:05

Qəza qaz xəttini yararsız hala saldı

KepezTV Player

Tovuzda yolun buzlu olmasından idarəetməni itirən “Opel” markalı avtomobil qaz borusuna çırpılıb. H.Əliyev prospektində baş verən hadisə zamanı diametri 108 mm olan qaz xətti yararsız hala düşüb. Nəticədə şəhərin yarıdan çox hissəsinə təbii qazın verilişi dayanıb. 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.