• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 09.03.2021 09:25

Yol qəzaları can aldı

KepezTV Player

Tovuzda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Tovuzda yol nəqliyyat hadisəsi baş verib. Tovuz çayının üzərində yerləşən körpüdə "Mercedes" markalı minik maşını ilə "Toyota" markalı avtomobil toqquşub. Göygöl rayon sakini, 45 yaşlı Aytəkin Niyazova ölüb, 26 yaşlı Anar Əhmədov, 29 yaşlı Kamran Paşayev, Nizaməddin Rüstəmov, 45 yaşlı Könül Kərimova və 49 yaşlı İlqar Quliyev xəstəxanaya yerləşdirilib.

Ağstafada baş verən qəzada sərnişin və piyada xəsarət alıb

Ağstafanın Həsənsu kəndində "VAZ" markalı minik maşını digər maşınla toqquşub. Qəzadan sonra avtomobillərdən biri yol kənarında dayanan piyadaya dəyib. Hadisə nəticəsində avtomobillərdən birinin sərnişini, rayonun Köçüəsgər kənd sakini, 27 yaşlı Ayxan Məmmədli və yol kənarındakı piyada Həsənsu kənd sakini, 55 yaşlı Nurəddin Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Dərhal yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Gədəbəydə avtoqəza zamanı bir nəfər xəsarət alıb

Gədəbəyin Dəyirmandağı kəndində "VAZ 2107" markalı minik maşını ilə "Hyundai" markalı avtomobil toqquşub. Qəza zamanı "VAZ"-ın sərnişini - 31 yaşlı Aynurə Şirinova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Goranboyda avtomobil motosikletlə toqquşub

Goranboyda da yol qəzası baş verib."VAZ 21011" markalı avtomaşın motosikletlə toqquşub. Qəza nəticəsində ağır xəsarət alan motosikletin sürücüsü, 43 yaşlı Muxtar Qasımov xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.