• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 07.03.2021 19:08

Əncir qışda bar verdi

KepezTV Player

Havaların anomal keçməsi bütün canlılara, bitkilərə, insanlara müxtəlif formada təsirini göstərir, bunun nəticəsi olaraq şəhərdə çiçəkləyən, tumurcuqlayan hətta bar verən ağaclara da rast gəlmək olur. İndi onlardan biri barədə danışacaq əməkdaşımız.

Qeyri-adi təbiət hadisəsi Gəncə şəhər sakini Eldəniz Namazovun bağında qeydə alınıb. Əncir ağacı normal qaydada ildə 1 dəfə bar verdiyi halda, bu dəfə ağac adət etmədiyimiz zamanda, qışda meyvə gətirib.

Ev sahibinin birinci dəfədir şahidlik etdiyi təbiət hadisəsi maraqlı, bir o qədər də düşündürücüdür. Amma yayın sonlarında əldə edilən əncirin qışda meyvə formasında bar verməsinin elmi əsası da var.

Qışın oğlan çağında əncir ağacının bar verməsində isti havanın rolu da istisna edilmir. Heyrətə və marağa səbəb olan bu hadisə, Eldəniz Namazovun qonşuları üçün də bir ilkdir.

Havaların anomal keçməsi bütün canlılara, bitkilərə, insanlara müxtəlif formada təsirini göstərir, bunun nəticəsi olaraq şəhərdə çiçəkləyən, tumurcuqlayan hətta bar verən ağaclara da rast gəlmək olur. İndi onlardan biri barədə danışacaq əməkdaşımız.Qeyri-adi təbiət hadisəsi Gəncə şəhər sakini Eldəniz Namazovun bağında qeydə alınıb. Əncir ağacı normal qaydada ildə 1 dəfə bar verdiyi halda, bu dəfə ağac adət etmədiyimiz zamanda, qışda meyvə gətirib.

Ev sahibinin birinci dəfədir şahidlik etdiyi təbiət hadisəsi maraqlı, bir o qədər də düşündürücüdür. Amma yayın sonlarında əldə edilən əncirin qışda meyvə formasında bar verməsinin elmi əsası da var.

((K/A))Qışın oğlan çağında əncir ağacının bar verməsində isti havanın rolu da istisna edilmir. Heyrətə və marağa səbəb olan bu hadisə, Eldəniz Namazovun qonşuları üçün də bir ilkdir.