• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1997
— 07.03.2021 19:47

Elektron, yoxsa ənənəvi kitab?

KepezTV Player

Virtual dünyanın bizə verdiyi yeniliklərdən biri də elektron kitabxanadır. Əvvəllər metroda, avtobusda, elə parklarda kitab, qəzet oxuyanları görürdük. İndi isə mənzərə dəyişib, həm oxumağa maraq azalıb, həm də kitab elektron daşıyıcılarla əvəzlənib. Bəs elektron kitablar ənənəvi kitabları əvəz edə bilirmi? Gənclər daha çox hansına üstünlük verir? Sujetdə izləyək.

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi, nəzərəçarpacaq dərəcədə artıb. İKT-nin yaratdığı imkanlardan biri də elektron kitablardır. Hazırda əhalinin bir qismi ənənəvi kitab oxumanı yeni üslubda, yəni elektron kitab vasitəsilə reallaşdırırlar.

Bəziləri elektron kitabı mənimsəyib istifadə etməyə başladığı halda, bəziləri çap versiyasından imtina edə bilməyib. Əslində, müşahidə etdikdə hər iki tərəfin də bu seçimi edərkən özünə görə əhəmiyyətli səbəbləri var.

Gənclər isə üstünlüyü xarici ədəbiyyata verirlər, səbəb isə xarici ədəbiyyatda kitabların sayının daha çox olmasıdır.

Gəncədə fəaliyyət göstərən, gənclərin həm istirahət edə biləcəyi, həm də kitab oxuya biləcəyi məkanlar da var.

İnformasiya mənbəyi olaraq elektron və kağız kitabın, əslində, heç bir fərqi yoxdur. Təki kitab oxunsun.