• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1953
— 07.03.2021 19:28

Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi

KepezTV Player

Gəncədə ilk dəfə olaraq Dövlət qulluğuna qəbul imtahanı keçirilib. B növü üzrə imtahan Məhəmməd Fizuli adına 22 nömrəli tam orta məktəbdə təşkil edilib. İmtahanları izləmək üçün 28 nəzarətçi müəllim, 3 imtahan rəhbəri və 1 ümumi rəhbər ayrılıb. Gəncə və ətraf bölgələrdən dövlət qulluqçusu olmaq istəyən 282 nəfər 20 otaqda imtahan verib. Namizədlər 3 saat müddətində qanunvericilikdən 40 sualı, Azərbaycan dilindən 15, informatikadan 15, məntiqdən 30 sualı cavablandırıblar. Proses karantin rejiminin qaydalarına uyğun təşkil olunub. İmtahan binasına daxil olan iştirakçıların hərarətləri yoxlanılıb, otaqlar zəruri dezinfeksiyaedici vasitələrlə təmin edilib. Heç bir qayda pozuntusu aşkarlanmayıb. Nəticələrin martın 9-da elan olunması nəzərdə tutulur.