• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 07.03.2021 19:03

Suma və Qarakollu kəndlərindən videogörüntülər

KepezTV Player

Suma kəndi rayon mərkəzindən 21 km. şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Ağdam rayonunun Güllücə və Tağıbəyli kəndləriylə qonşudur. İşğala qədərki dövrdə Suma kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Güllücə və Suma kəndlərinin arasında müqəddəs yer – Güllücə ocağı adlı ziyarətgah mövcuddur. Güllücə, Suma, Tağıbəyli, eləcə də Ağdamın digər kəndlərindən adamlar gəlib Güllücə ocağını ziyarət edirdilər. İşğal altında olan bütün yaşayış məntəqələri kimi, Suma kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.

Füzuli rayonunun Qarakollu kəndindən də görüntülər var. Qarakollu kəndi rayon mərkəzindən 13 km cənubda, Qarabağ silsiləsinin ətəyində, Qozluçayın sol sahilində yerləşir. 1600 nəfərə yaxın əhalisi olub. Əhali taxılçılıq, baramaçılıq, heyvandarlıq və üzümçülüklə məşğul olub. Qarakollu kəndinin də daxil olduğu mahalı öz tərkibində birləşdirən Qarabağ xanlığına 25 mahal daxil idi. Mahallardan biri də Qarakollu kəndinin də olduğu Xırdapara-Dizaq mahalı idi. 1593-cü ilə aid olan Osmanlı mənbələrində kəndin adı "Qaraküllü" kimi yazılıb. Yaşayış məntəqəsinin adı bəzi mənbələrdə "Qarakəlli" kimi qeyd olunur.