• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1996
— 06.03.2021 20:38

Təhsil işçiləri COVİD 19-a qarşı peyvənd olunur

KepezTV Player

Gəncədə yaşı 50-dən yuxarı olan pedaqoji və texniki heyətin koronavirusa qarşı birinci doza peyvənd olunur. Fevralın 20-dən indiyə kimi məktəblər üzrə 1900-ə yaxın şəxs peyvəndə cəlb edilib. Proses hazırda da davam edir.

İlkin olaraq Gəncədə yaşı 50-dən yuxarı olan məktəb heyyəti peyvəndləmə kompaniyasına cəlb edilib. 6 mərkəzdə aparılan proses zamanı vaksin vurulan şəxslər bazaya daxil edilir.Həkimlər tərəfindən yoxlanıldıqdan sonra vaksin edilən pedaqoqlar vaksinasiyadan sonra da bir müddət xüsusi ayrılan otaqda həkim nəzarətində qalır.

Sevda Hüseynova  sakin: 30 nömrəli orta məktəbdə tarix müəllimi işləyirəm. 55 yaşım var və bu gün vaksinasiya üçün bura müraciət elədim. Qeydiyyatdan keçdim peyvənd vurdurdum, özümü çox rahat hiss edirəm.

Gülbəniz Zeynalova  sakin: Vurdurdum özümü də çox rahat hiss edirəm. Heç bir narahatçılığım yoxdu. Məsləhət verirəm hamı gəlsin vaxtında peyvəndlənsin, gecikmədən hamını peyvəndləməyə çağırıram.

Gəncədə yaşı 50-dən yuxarı olan 2100-ə yaxın təhsil işçisi var ki, bunlarında təxminən 200-ə yaxını vaksin edilməyib. Martın sonuna kimi bu kateqoriyadan olan bütün şəxslər birinci doza peyvənd ediləcək.

Aminə Cabbarova  6 nömrəli poliknikanın şöbə müdiri: Bizim poliknikada hazırda 20 yanvardan indiyə kimi 2512 nəfər peyvənd olunubdur. Onlardan 680 nəfəri tibb işçiləridir. İkinci doz 540 nəfər tibb işçiləri gəlibdir. Həmçinin 2512 nəfərin içində müəllimlər də var. Mərhələli şəkildə təyin olunan vaxt var və həmin günlərdə onlar bizə müraciət edirlər. Hazırda 200 nəfər təhsil işçisi bizə müraciət edibdir. Əhali arasında 50 yaş və 65 yaşdan yuxarı olan şəxslər hazırda vaksinasiya işinə cəlb olunublar.

Anar Qədiməliyev  Təhsil İdarəsinin müdiri: İlk öncə biz 50 yaşdan yuxarı məktəb rəhbərlərinin vaksinasiyasını təşkil etdik. Daha sonra 50 yaşdan yuxarı olan pedaqoji işçilərin vaksinasiyasına start verildi. Biz müvafiq məntəqələri müəyyənləşdirdik və həmin məntəqələrə hansı məktəblərin gedəcəyini məktəblərə məlumat verdik. Məktəblərdə öz növbəsində uyğun vaxtlarda bu məntəqələrdə vaksin olundular.

Gəncədə karonavirus xəstəliyinə qarşı vaksinasiyaya yanvarın 20-dən başlanılıb. İndiyə kimi şəhərə ümumilikdə 22 min dova vaksin gətirilib ki, bunlardan da 16 mini təyin olunan məntəqələrə verilib. Gətirilinən bu vaksinlərdən 12 min 134-ü xüsusi risq qrupuna daxil olan şəxslərə vurulub. Vurulanlardan da 9816-ı birinci, 2318 isə ikinci dozadır.

Elnur Vahidoğlu