• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2207
— 06.03.2021 12:18

Diplomatlar Qubadlı və Laçında

KepezTV Player

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Onlar bu gün Qubadlı və Laçın rayonlarında olacaqlar. Səfərdə xarici ölkələrin Azərbaycandakı səfirləri, səfirliklərin nümayəndələri, hərbi attaşelər və digərləri, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Həmçinin nüfuzlu beynəlxalq media qurumlarının əməkdaşlarının da iştirakı təmin olunub.