• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1919
— 06.03.2021 11:17

Gəncədə sayğac oğrusu saxlanılıb

KepezTV Player

Gəncədə su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsi Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, şəhər ərazisində quraşdırılan mexaniki su sayğacları və onların qutularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Arzu İbrahimov vətəndaşların istifadəsinə verilməmiş  112 ədəd mexaniki su sayğacı və 18 ədəd qutusunu oğurlayaraq ümumilikdə 4759 manat maddi ziyan vurub. İbrahimov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.