• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2128
— 05.03.2021 19:19

Gəncədə avtobus maşınla toqquşub, yaralılar var

KepezTV Player

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Dədə Qorqud küçəsində, Fikrət Əmirov parkının yaxınlığında 11 saylı xətt üzrə hərəkət edən avtobus "Şevrolet" markalı maşınla toqquşub. Əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 5 nəfər - 47 yaşlı Akif Hüseynov, 43 yaşlı Nail İsgəndərov, 36 yaşlı Vasif Məsimov, 16 yaşlı Ayxan Əliyev və 36 yaşlı Fatimə Zeynalova yaralanıb. Xəsarət alanlar Gəncə şəhər TTYX-na aparılıb. Vəziyyətləri normaldır. Fakt araşdırılır.