• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2635
— 05.03.2021 19:13

Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ötən qurultaydan keçən üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib. Onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Prezident Ermənistanla əməkdaşlıq məsələlərinə də toxunub və bildirib ki, düşmən torpaqlarımızdan özü çıxmayıb biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa da hazırıq. Ancaq indi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək deyən dövlət başçısı ölkə daxilində heç bir siyasi qurumla problem olmadığına da toxunub. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Prezident Qarabağda bərpa işlərinin başlanmasından və bunun vəsait tələb etməsindən danışıb. Xarici investorların azad edilmiş torpaqlara böyük həvəslə gələcəyinə əminliyini ifadə edib.  Hərbi sahədə müharibəni şanlı səhifəmiz adlandırıb.